Kəlbəcər rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun dağlıq hissəsində qeydə alınıb.
İlkin məlumata görə, şirkətə məxsus yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər hadisə yerində həyatını itirib.
Hazırda həlak olan şəxslərin kimliyi müəyyənləşdirilir. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Hadisənin başvermə səbəbləri, o cümlədən yol şəraiti və texniki nasazlıq ehtimalları araşdırılır.
Trend
Tarix: 28 Mart 2026, 21:02