Qahirə, 28 mart, AZƏRTAC
Qətər və Ukrayna müdafiə nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş texnoloji əməkdaşlıq, birgə layihələrin inkişafı, müdafiə investisiyaları və raketlərə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində təcrübə mübadiləsini əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu, Qətər Müdafiə Nazirliyinin yaydığı bəyanatda əks olunub. Sənədin imzalanması Ukrayna Prezidenti Volodimir Zelenskinin Qətərə səfəri çərçivəsində baş tutub.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə