EN

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu VİDEO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dağıstanın paytaxtı Mahaçkalada küçələr çaylara, həyətlər göllərə çevrilib, avtomobilləri sel aparır, evləri su basıb.Bizim.Media xəbər verir ki, Dağıstan rəhbəri Sergey Melikovun bildirdiyinə görə, bölgəyə yağan güclü yağışlar səbəbindən bazar ertəsinə qədər bütün Dağıstan ərazisində yüksək hazırlıq rejimi elan edilib.Mahaçqalada isə fövqəladə vəziyyət rejimi tətbiq olunur.Xasavyurtda güclü yağışlar nəticəsində dəmir yolu körpüsünün iki aşırımı dağılıb. Qatarların hərəkəti hazırda xətlərdən biri ilə davam etdirilir.Sinoptiklərin məlumatına görə, son sutka ərzində Dağıstanda 50 mm-dən çox yağıntı düşüb — bu, son 100 ilin rekordudur və 1919-cu ilin mart göstəricisini ötüb. Ən çox yağıntı Mahaçqala və Dərbənddə, həmçinin Axtı, Kuppa, Kasumkent, İzberbaş və Kumux yaşayış məntəqələrində qeydə alınıb.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
bizim.media

10Sources