Laçında yüksək dağlıq zonalara qar yağıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, yağıntı xüsusilə rayonun Dəli dağ adlanan yüksəkliyində daha intensiv müşahidə olunub.
Məlumata görə, gecə saatlarından başlayan qar səhər saatlarınadək davam edib.