İngiltərənin "Liverpul" klubu misirli ulduzu Məhəmməd Salahın mümkün gedişinə qarşı hazırlıqlarını sürətləndirib.
Fanat.Az xəbər verir ki, "mersisaydlılar" hücum xəttini gücləndirmək üçün 8 namizəddən ibarət geniş siyahı hazırlayıblar.
"TEAMtalk"ın məlumatına görə, siyahıda Yan Diomande ("RB Leypsiq"), Maykl Olise ("Bavariya"), Xviça Kvarasxeliya ("PSJ"), Antoni Qordon ("Nyukasl Yunayted"), Bredli Barkola ("PSJ"), Fransisko Konseysao ("Yuventus"), Morqan Rocers ("Aston Villa") və İliman Ndiaye ("Everton") kimi adlar yer alır.
Klub rəhbərliyi Salahın komandadan ayrılacağı təqdirdə bu futbolçulardan biri ilə uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.
Xüsusilə gənc istedadların siyahıda çoxluq təşkil etməsi komandanın gələcəyə investisiya strategiyasından xəbər verir.