EN

İran böhranı aptekləri vurdu: Qiymətlər uçur, ehtiyat bitir

İran ətrafında davam edən müharibə təkcə regionu deyil, Avropanın səhiyyə sistemini də sarsıtmağa başlayıb.

Musavat.com xəbər verir ki, The Guardian nəşrinin məlumatına görə, Böyük Britaniya dərman bazarında ciddi təzyiq yaranıb və qiymət artımı artıq hiss olunur.

Bildirilir ki, əsas problem tibbi məhsulların və dərmanların tədarük zəncirində yaranan fasilələrlə bağlıdır. Müharibə səbəbindən daşınma və logistika proseslərindəki gecikmələr nəticəsində apteklərdə bəzi preparatların ehtiyatı sürətlə azalır.

Ekspertlər xəbərdarlıq edir ki, mövcud vəziyyət davam edərsə, ölkə bir neçə həftə ərzində genişmiqyaslı dərman qıtlığı ilə üzləşə bilər. Bu isə yalnız qiymətlərin artması ilə deyil, həm də xəstələrin həyati vacib preparatlara çıxışının məhdudlaşması ilə nəticələnə bilər.

Hazırda bəzi dərmanların alternativləri axtarılsa da, mütəxəssislər bildirir ki, bu, problemi tam həll etmir və bazarda gərginlik getdikcə artır.

Musavat.com

Chosen
3
31
musavat.com

10Sources