EN

UFC də Azərbaycan bayrağı dalğalandı: Musayev rəqibini rinqə peşman etdi

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC arenasında parlaq qələbəyə imza atıb.

Fanat.Az xəbər verir ki, Sietl şəhərində keçirilən turnirdə təmsilçimiz çilili İqnasio Bahamondes üzərində inamlı qələbə qazanaraq azarkeşləri sevindirib.

Üç raund davam edən gərgin qarşılaşmada Tofiq Musayev rəqibin boy və məsafə üstünlüyünü darmadağın edərək döyüşün mütləq hakiminə çevrilib.

Statistik göstəricilərə görə, təmsilçimiz rəqibinə 145 zərbədən 82-ni (Bahamondesdə 96-da 52) dəqiq çatdırıb ki, bu da onun üstünlüyünün bariz nümunəsidir. Xüsusilə parterdə 7 dəqiqədən çox nəzarət edən və 5 teykdaun cəhdindən 3-nü uğurla tamamlayan Musayev, qarşı tərəfi tamamilə aciz duruma salıb.

Döyüşün sonunda rəqibin üz nahiyəsində yaranan ciddi zədələr Tofiqin zərbə gücünün nəticəsi kimi qiymətləndirilib və hakimlər yekdilliklə qələbəni azərbaycanlı idmançıya veriblər.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
1
fanat.az

2Sources