EN

Zelenskidən şok AÇIQLAMA: Rusiya İncirlik Hava Bazasını izləyir

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İrana dəstək məqsədilə ABŞ və NATO-nun Yaxın Şərqdəki hərbi obyektlərini peyklərlə izlədiyini iddia edib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Onun sözlərinə görə, müşahidə edilən obyektlər arasında Türkiyədəki İncirlik Hava Bazası, Səudiyyə Ərəbistanındakı Prins Sultan Hava Bazası və Qətərdəki Əl-Udeyd Hava Bazası da var.

Zelenski bildirib ki, rus peykləri martın 24-26-da bölgədəki bir sıra hərbi və enerji obyektlərinin görüntülərini əldə edib.

O, qeyd edib ki, həmin siyahıda Ukraynaya aid heç bir obyekt yer almayıb.

Bizim.Media
 

Chosen
17
2
bizim.media

3Sources