EN

Fransada yanacaq bahalaşdı - yük avtomobili sürücüləri yolları bağladı...



Yaxın Şərqdə baş verən qarşıdurma nəticəsində Fransada yanacağın qiyməti artıb.

“Figaro” xəbər verir ki, bahalaşmaya etiraz olaraq yük avtomobili sürücüləri Lyon şəhərində magistralı bağlayıblar. Onlar hökumətdən bahalaşmaya qarşı ciddi tədbirlər görməyi tələb ediblər. Hadisə nəticəsində 10 kilometrə çatan tıxac yaranıb. Polisin müdaxiləsindən sonra hərəkət bərpa olunub.

Marn şəhərində isə fermerlər oxşar tələblə aksiya keçiriblər.

ZÜMRÜD

Chosen
14
5
baki-xeber.com

8Sources