EN

Türkiyədən Türkmənistana dəri məhsulları ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Türkmənistana dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz artaraq, 638 min 67 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Türkmənistana dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artaraq, 467 min 33 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 127 milyon 689 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9.4 faiz azalaraq, 234 milyon 114 min dollara bərabər olub.

Chosen
11
16
turkic.world

10Sources