EN

Yağıntının miqdarı normadan 6 dəfə çox olub

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ötən gecə ölkə ərazisində davam edən intensiv yağış və dağlıq rayonlarda qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər saatlarından yağıntılar tədricən zəifləyib.Qar örtüyünün hündürlüyü Şahdağda 53 sm, Qrızda 8 sm, Kəlbəcərdə 5 sm, Laçın və Xınalıqda isə 3 sm təşkil edib.Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 143 mm olub ki, bu da aylıq normanın 6 dəfə çox olması deməkdir.Digər rayonlarda yağış miqdarı və aylıq normanın faizi belədir: Xızı 92 mm (204%), Qobustan 88 mm (205%), Şamaxı 83 mm (113%), Qusar 82 mm (218%), Qrız 81 mm (146%), Kürdəmir 73 mm (213%), Xalta 72 mm (191%), Xaçmaz 66 mm (272%), Şahdağ 65 mm (93%), Quba 58 mm (154%), Şəki 52 mm (82%), Şabran 52 mm (225%), Qəbələ 44 mm (49%), Oğuz 44 mm (53%), Daşkəsən 41 mm (79%), Xınalıq 39 mm (104%), Ağdam 33 mm (93%), Tərtər 32 mm (120%), İsmayıllı 32 mm, Neftçala 31 mm (107%), Bərdə 31 mm (116%), Sabirabad 30 mm (100%), Göyçay 28 mm (64%), Gədəbəy 28 mm (67%), Qax (Sarıbaş), Lerik 26 mm, Naftalan 24 mm (125%), İmişli 24 mm (80%), Ağsu 23 mm, Zərdab 23 mm (80%), Biləsuvar 22 mm (59%), Şirvan 22 mm (73%), Şahbuz 22 mm (51%), Yevlax 22 mm (91%), Mingəçevir 21 mm (72%), Astara 20 mm, Lənkəran 19 mm, Ordubad 18 mm (59%), Beyləqan 17 mm (60%), Goranboy 16 mm (83%), Şəmkir 15 mm (54%), Göygöl və Yardımlı 13 mm, Zaqatala 13 mm, Cəlilabad və Balakən 12 mm, Sədərək 11 mm, Şərur və Naxçıvan 10 mm, Tovuz 8 mm, Gəncə və Culfa 7 mm, Ağstafa 3 mm, Xankəndi, Xocalı, Zəngilan və Füzuli 2 mm.Eyni zamanda qərb küləyi əsib. Maksimal sürət Daşkəsəndə 21 m/s, Şahdağda 20 m/s, Şabranda 18 m/s və Zəngilanda 15 m/s təşkil edib.Hava şəraiti səbəbindən ərazidə nəqliyyat və kommunal xidmətlər üçün müəyyən çətinliklər yarana bilər. Rəsmi qurumlar vətəndaşları diqqətli olmağa çağırır.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
demokrat.az

1Sources