EN

​Türkiyə çempionu bu tarixdə bəlli olacaq

Azərbaycanlı azarkeşlərin də yaxından izlədiyi futbol üzrə Türkiyə çempionatında kritik dövr başlayıb. Metbuat.az xəbər verir ki, hazırda lider "Qalatasaray" ən yaxın rəqibini 7 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Gələn həftə keçiriləcək "Trabzonspor" - "Qalatasaray" və "Fənərbaxça" - "Besiktaş" matçlarının nəticəsi boyük maraq doğurur.

Buna baxmayaraq, mütəxəssislər çempionatın taleyinin aprelin 26-da həll olunacağını düşünürlər. Həmin gün "Qalatasaray" doğma meydanda əzəli rəqibi "Fənərbaxça"nı qəbul edəcək. Sarı-qırmızılı komandanın qalib gələcəyi təqdirdə aprelin 26-da çempionluğunu rəsmiləşdirəcəyi gözlənilir.

Chosen
23
metbuat.az

1Sources