EN

Bahalaşan neftin qazadırdığı milyardlar: Necə xərclənməli?

Bəs bu şəraitdə ən doğru addım nə olardı?

İllik ixracımız hazırda təxminən 23 milyon ton, yəni 168 milyon bareldir.

Bu gün neftin qiyməti büdcədə nəzərdə tutulan səviyyədən orta hesabla 60 dollar daha yüksəkdirsə, bu sadə hesablama ilə təxminən 10 milyard dollara yaxın əlavə gəlir potensialı deməkdir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bu, illik baza üzrə hesablanmış maksimum potensialdır:

“Təbii ki, bu vəziyyətin bir il fasiləsiz davam etməsi ideal ssenaridir və praktikada nadir hallarda baş verir. Amma hətta bu fərqin bir hissəsi belə reallaşsa, yenə də kifayət qədər ciddi fiskal üstünlük yaradır.

Bu isə o deməkdir ki, 2026 və hətta 2027-ci illər üzrə Azərbaycan üçün daha uğurlu maliyyə mühiti formalaşa bilər.

Nəzərə alaq ki, 2026-cı ilin büdcəsi faktiki olaraq genişlənmədi. Bu isə iqtisadi aktivliyə birbaşa təsir edir. Çünki Azərbaycan iqtisadiyyatı hələ də böyük ölçüdə büdcə xərclərindən asılıdır və xərclərin daralması iqtisadiyyatı zəiflədir”.

E.Əmorovun fikrincə, bu şəraitdə əsas məsələ əlavə gəlirin necə idarə olunacağıdır:

“Formalaşan vəsaitin bir hissəsi mütləq şəkildə ehtiyatların artırılmasına yönəlməli, mümkün qiymət dəyişkənliyinə qarşı dayanıqlıq gücləndirilməlidir. Digər hissə isə iqtisadi aktivliyin bərpasına yönəlməlidir, xüsusilə də büdcə daralmasının təsir etdiyi sahələrdə. 

Burada prioritet geniş və aşağı səmərəli xərclər deyil, regionlarda real iqtisadi dəyər yaradan layihələr, logistika imkanlarının genişləndirilməsi, istehsal zəncirlərinin qurulması və KOB-ların maliyyəyə çıxışını asanlaşdıran praktik mexanizmlər olmalıdır. Məqsəd sadəcə xərcləmək deyil, vəsaiti iqtisadi dövriyyəyə elə daxil etməkdir ki, həm qısamüddətli canlanma yaratsın, həm də orta müddətdə qeyri-neft iqtisadiyyatını gücləndirsin”.

Chosen
16
1
cebheinfo.az

2Sources