EN

Türkiyə ABŞ ilə İran arasında danışıqların vaxtının və yerinin müəyyənləşdirilməsini gözləyir

BAKI, 29 mart. TELEQRAF

Türkiyə rəsmi Vaşinqton və Tehran arasında gözlənilən dialoqun baş tutması üçün yaxın vaxtlarda konkret addımların atılmasını və görüşün təfərrüatlarının açıqlanmasını zəruri hesab edir.

Bu barədə Teleqraf "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, Ankara yaxın gələcəkdə tərəflər arasında keçiriləcək danışıqların dəqiq tarixi və məkanı ilə bağlı konkretlik gözləyir.

Eyni zamanda qeyd olunub ki, tərəflər dialoqa razılıq verəcəyi təqdirdə, Türkiyə digər Yaxın Şərq ölkələri ilə birlikdə bu prosesin pozulmaması üçün görüləcək tədbirlər üzərində düşünür.

Chosen
33
1
teleqraf.com

2Sources