ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın baş naziri Nikol Paşinyan sülhü təhlükəsizliyin ən böyük qarantiyası hesab edir.
Redaktor.az xəbər verir ki, baş nazir bunu Yerevan sakinləri ilə görüşləri və söhbətləri zamanı müxalifətin üçüncü ölkədən təhlükəsizlik zəmanətlərinin alınmasına ehtiyac olduğu barədə açıqlamalarına münasibət bildirərkən bildirib.
“Biz 2022-ci ildə hərəkət etmək və qərar qəbul etmək bizim ixtiyarımızda olduğunu söyləməklə buna son qoyduq. Bəzən bu qərarlar çətin, bəzən qeyri-mümkün ola bilər, amma bu, bizim problemimizdir və biz onu həll etməliyik. Öz probleminizlə başqasına müraciət etdiyiniz zaman, həmin başqası sizin probleminizi götürüb öz problemini həll edir”, - Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, müxtəlif dövrlərdə siyasi və ictimai müzakirələrdə zamin ölkələrin bizə xəyanət etdiyi və ya bizi tərk etdiyi barədə nəzəriyyələr yayılıb.
“Heç kim bizim maraqlarımız naminə öz maraqlarından imtina etməyə məcbur deyil və biz də onların maraqları naminə öz maraqlarımızdan imtina etməyə məcbur deyilik”, - deyə Nikol Paşinyan bildirib.
Ermənistan Baş nazirinin sözlərinə görə, ölkənin ilk növbədə niyə yardımlara ehtiyacı olduğu məsələsini də nəzərdən keçirmək vacibdir.
"Qarabağ münaqişəsindən danışarkən, məhz bunu nəzərdə tuturuq. Hətta bu gün belə deyirlər ki, "Ararat bizimdir", amma itki olmamalıdır. Bu, belə deyil", - baş nazir bildirib.
Aminə ŞAHSUVARQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.