Polşa Şengen zonasına daxil olan qonşuları Almaniya və Litva ilə sərhədlərdə nəzarətin müddətini daha 6 ay artırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nəzarət tədbirləri oktyabrın 1-dək qüvvədə olacaq. Məqsəd qanunsuz miqrasiyanın qarşısını almaqdır.