EN

Yağış suları BU YOLDA hərəkəti iflic etdi – VİDEO

Bakı-Sumqayıt yolu istiqamətində, DOST xidmətinin qarşısında güclü yağışlar səbəbindən yolda su yığılıb.

NOCOMMENT.az xəbər verir ki, nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaranıb.

Əraziyə yaxın olan Neapol restoranı qarşısında toplanan yağış suları yolun bəzi hissələrini keçilməz hala gətirib. Nəticədə avtomobillərin hərəkət sürəti aşağı düşüb, uzun tıxac müşahidə olunur.

Sürücülər bildirir ki, suyun səviyyəsi bəzi yerlərdə kifayət qədər yüksəlib və bu da nəqliyyatın təhlükəsiz hərəkətinə mane olur. Aidiyyəti qurumların problemin aradan qaldırılması üçün tədbir görməsi gözlənilir.

NOCOMMENT.az

Chosen
21
nocomment.az

1Sources