EN

“Mən əziz dostumu itirdim”

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev dünyasını dəyişib.

Axşam.az-ın məlumatına görə, sənət adamları aktyorla bağlı paylaşım edib.

Xalq artisti Afaq Bəşirqızı R.Balayevlə bağlı “Bu gün Azərbaycan incəsənəti böyük bir sənətkarını itirdi, mən isə əziz dostumu... Rasim Balayev aramızdan getsə də, onun ruhu yaratdığı obrazlarda əbədi yaşayacaq. Allah rəhmət eləsin” paylaşımını edib. 

Xalq artisti Aygün Kazımova üzüntüsünü “Çox ağır itki… Böyük sənətkarımız, Xalq artisti Rasim Balayevi itirdik! Allah rəhmət eləsin! Allah ailəsinə və sevənlərinə səbr versin!” sözləri ilə ifadə edib.

Xalq artisti Alim Qasımov isə “Əziz Rasim Balayev, sən təkcə böyük sənətkar deyil, həm də sadiq dost, dəyərli insan idin. Sənin yoxluğun dostların üçün sözlə ifadə olunmayan bir boşluqdur. Ruhun şad, məkanın cənnət olsun. Allah sənə rəhmət eləsin” sözlərini qeyd edib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
axsam.az

1Sources