EN

G7 görüşündə ABŞ və AB rəsmiləri arasında qızğın mübahisə düşdü - Biz kənara çəkilirik..



G7 görüşündə ABŞ dövlət katibi Marko Rubio ilə AB-nin xarici siyasət rəhbəri Kaja Kallas arasında Ukrayna və Rusiya siyasəti ilə bağlı qızğın mübahisə yaranıb.

Axios-un məlumatına görə, Kallas Vaşinqtonun Moskvaya təzyiqi artırmaq vədinə əməl etmədiyini bildirib. Rubio buna sərt reaksiya verərək səsini qaldırıb: "Əgər bunu daha yaxşı edə biləcəyinizi düşünürsünüzsə, buyurun. Biz kənara çəkilirik".

Mənbələr bildirir ki, Rubio mübahisə zamanı açıq-aşkar əsəbiləşib və ABŞ-ın hər iki tərəflə danışıqlar aparmağa çalışdığını, lakin Ukraynaya yalnız hərbi və kəşfiyyat dəstəyi verdiyini vurğulayıb.

Tahir TAĞIYEV

Chosen
30
8
baki-xeber.com

9Sources