ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
“Stellantis” qrupu elektromobil layihəsinə milyardlarla sərmayə qoyduqdan sonra fikrini dəyişib.
Avtosfer.az “Bloomberg”ə istinadla xəbər verir ki, ABŞ-Avropa korporasiyası çinli müttəfiqinin layihələndirdiyi platformadan istifadə edə bilər.
“Leapmotor”un kapitalında payı olan şirkət onun yeniliklərindən də bəhrələnmək niyyətindədir.
“Bloomberg” iddia edir ki, “Opel”, “Peugeot” və “Fiat”ın çinli istehsalçının hazırladığı platforma əsasında istehsalı mümkündür. Belə olduğu halda, “Stellantis” təkcə partnyorunun maşınlarını Avropada satmaqla kifayətlənməyib, daha dərin əməkdaşlığa gedəcək. Ən azından batareya və digər elektrik avadanlıqlarının Avropada istehsal edilən maşınlarda tətbiqi şübhə doğurmur.
Vüqar
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.