EN

“Ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım”

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan milli komandası “FIFA Series-2026” yoldaşlıq turnirində sabah Syerra Leone millisi ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, millinin futbolçusu Qismət Alıyev matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. O, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Milli üçün önəmli matç olacaq. Bizim üçün belə oyunların olması Millətlər Liqası görüşləri öncəsi daha vacibdir. Qələbəsizlik seriyası var idi. Son görüşdə inamlı oynayaraq, bu tilsimi qıra bildik. Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək.

– Millidə mövqeyində yalnız Abdulla Rzayev var. Mövqeyinizdə rəqabətsizlik hiss olunur. Bu, sizin durumunuza necə təsir edir?

– “Zirə”də ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım. Millinin seçimlərinə hörmət edirəm. Bu gün kimlər millidədirsə, demək ki, ona layiqdir.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
20
futbolpress.az

10Sources