Özbəkistan milli komandasının hücumçusu Eldor Şomurodov yığmanın rekordçusu olub.
Sportal.az xəbər verir ki, o, rekordu qolların sayına görə qazanıb.
Belə ki, Şomurodov millinin heyətində vurduğu qolların sayını 44-ə çatdırıb. Forvard “FIFA Series” turnirində Qabonla görüşdə fərqlənib. Həmin matç isə Özbəkistanın 3:1 hesablı qalibiyyəti ilə başa çatıb.
30 yaşlı hücumçu millidə 89 oyuna çıxıb. Şomurodovdan sonra isə ikinci ən çox qol vuran futbolçu Maksim Şatskixdir.
saytlarin hazirlanmasi