“Tottenhem” istefaya göndərdiyi baş məşqçisi İqor Tudora təzminat ödəməyəcək.
Msport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis müqavilənin vaxtından əvvəl pozulmasına görə klubdan kompensasiya istəməyib.
Tudor fevralın 14-də London klubunun sükanı arxasına keçmişdi. Komanda onun rəhbərliyi altında 7 oyunun 5-də uduzmuşdu.
“Tottenhem” İngiltərə Premyer Liqasında 30 xalla 17-ci yeri tutur.