EN

Qırmızı Aypara: İranda münaqişə başlayandan bəri təxminən 21 min sakin zərər çəkib

Qırmızı Aypara: İranda münaqişə başlayandan bəri təxminən 21 min sakin zərər çəkib

Eskalasiya başlayandan bəri ABŞ və İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində İranda 21 minə yaxın mülki şəxs zərər çəkib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.

"Ümumilikdə 21 minə yaxın dinc sakin yaralanıb ki, onlardan 1 731 nəfəri 18 yaşınadək şəxslər, 4 163-ü isə qadınlardır", - deyə cəmiyyətin "Telegram" kanalında yerləşdirilən bəyanatda qeyd olunub.

Bəyanatda bildirilir ki, 214 uşaq və 244 qadın həyatını itirib.

Chosen
71
afn.az

1Sources