EN

İtaliyada məşhur rəssamların əsərləri oğurlandı

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İtaliyanın Parma vilayətində yerləşən Maqnani-Rokka Fondunda (özəl muzey) böyük oğurluq hadisəsi baş verib.

Oxu.Az "Finestre sull'Arte"yə istinadən xəbər verir ki, hadisə bir neçə gün sonra üzə çıxıb.

Oğurlanan əsərlər arasında Pyer-Oqüst Renuarın "Balıqlar", Anri Matisın "Terrasda odaliska" və Pol Sezanın "Albalı ilə natürmort" əsərləri var.

Məlumata görə, naməlum şəxslər muzeyə daxil olaraq tabloları sürətlə oğurlayıb və iz qoymadan hadisə yerini tərk ediblər. Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
90
oxu.az

1Sources