Səhər oyanan kimi su içməyin sağlamlığa təsiri ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, mütəxəssislər bu vərdişin bir sıra hallarda faydalı olduğunu bildirir.
Onların sözlərinə görə, gecə boyunca susuz qalan orqanizm səhər su qəbul etdikdə metabolizm daha sürətli işə düşür və həzm sistemi aktivləşir. Bu, xüsusilə səhər iştahasızlıq və yorğunluq hissi yaşayanlar üçün müsbət təsir göstərə bilər.
Bildirilib ki, acqarına içilən bir stəkan ilıq su bağırsaqların fəaliyyətini tənzimləməyə kömək edir və gün ərzində enerji səviyyəsini artırır. Eyni zamanda, bədəndə maye balansının bərpası üçün də vacib sayılır.
Bununla belə, həkimlər qeyd edir ki, hər kəs üçün eyni effekt olmaya bilər. Mədə problemləri olan şəxslərə çox soyuq və ya həddindən artıq su qəbulundan çəkinmək tövsiyə olunur.
Mütəxəssislər gündəlik su balansını qorumağın ümumi sağlamlıq üçün əsas şərtlərdən biri olduğunu vurğulayır.
Musavat.com