EN

Vahabzadə prezidentin olduğu iclasda nəyə əsəbiləşmişdi? Nadir VİDEO

ain.az bildirir, GlobalInfo portalına istinadən.

1995-ci ildə Azərbaycanda gedən ana dili müzakirələri ilə bağlı maraqlı video yayılıb.

Globalinfo.az xəbər verir ki, sözügedən videonu yazıçı, jurnalist Füzuli Sabiroğlu təqdim edib.

Videoda Ümummilli lider Heydər Əliyevlə Xalq şairi Bəxtiyar Vahabzadə arasında maraqlı fikir mübadiləsi olur. Belə ki, mərhum prezident Heydər Əliyev ana dilimizin niyə “Azərbaycan türkcəsi” adlandırılmamalı olduğunu müxtəlif arqumentlərlə izah edir.

Diqqətçəkən məqam videonun əvvəlində B.Vahabzadənin zaldakılardan birinə əsəbiləşməsidir.

Qeyd edək ki, 1992-ci ildə Azərbaycan dilinə türk dili statusu verilmişdi. 1995-ci ildə gedən müzakirələrdən sonra Azərbaycan dili adlandırıldı.

Ətraflı videoda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
2
globalinfo.az

3Sources