EN

Rasim Balayevin nəşi Azərbaycana gətirildi

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin nəşi Azərbaycana gətirilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Xalq artistinin cənazəsini Türkiyədən gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Cənazəni mərhum aktyorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.

Qeyd edək ki, görkəmli kino aktyoru, Prezidentin fərdi təqaüdçüsü Rasim Balayev martın 29-da müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.

Chosen
6
publika.az

1Sources