EN

Banklarda məsafədən hesab açılması qaydaları qüvvəyə mindi

Bakı. Trend:

Məsafədən hesabların açılması qaydası təsdiqlənib.

Trend-inməlumatına görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun15 dekabr 2025-ci ildə imzaladığı müvafiq qərar 2026-cı il martın30-dan qüvvəyə minib.

Belə ki, bu Qayda kredit təşkilatlarında, investisiyaşirkətlərində, poçt rabitəsinin milli operatorunda, ödəniştəşkilatlarında (müstəsna olaraq ödəniş əməliyyatının aparılmasıüçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidmətigöstərən ödəniş təşkilatları istisna olmaqla), habelə elektron pultəşkilatlarında (bundan sonra – nəzarət subyektləri) məsafədənhesabların açılması qaydasını müəyyən edir.

İki və ya daha çox şəxsə məsafədən birgə hesab açıldıqda buQaydanın tələbləri həmin şəxslərin hər birinə ayrı-ayrılıqda tətbiqedilir.

Əsas anlayışlar

Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakımənaları ifadə edir:

  • məsafədən hesabların açılması – nəzarətsubyekti əməkdaşının və məsafədən hesabın açılması üçün müraciətedən şəxsin (bundan sonra – müştəri) eyni zamanda birgə fizikiiştirakı olmadan informasiya texnologiyaları vasitəsilə hesablarınaçılması;
  • hesab – bank və digər ödəniş hesabı, müştərihesabı (depo hesabı və marja hesabı);
  • şəxsin eyniləşdirilməsi – şəkil çəkilişi,videoçəkiliş və ya videozəng vasitəsilə müştərinin eyniləşdirilməsivə verifikasiyası;
  • videozəng – nəzarət subyekti əməkdaşının vəmüştərinin iştirakı ilə real vaxtda informasiya texnologiyalarıvasitəsilə videoqeydiyyat formatında həyata keçirilən şəxsineyniləşdirilməsi;
  • şəkil çəkilişi – nəzarət subyekti əməkdaşınınbirbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsiləfotoqeydiyyat formasında həyata keçirilən şəxsineyniləşdirilməsi;
  • videoçəkiliş – nəzarət subyekti əməkdaşınınbirbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsiləvideoqeydiyyat formatında həyata keçirilən şəxsineyniləşdirilməsi.

Bu Qaydada istifadə edilən “gücləndirilmiş elektron imza”anlayışı “Elektron imza və elektron sənəd haqqında” Qanunlamüəyyən edilmiş mənaları ifadə edir.

Bu Qaydada istifadə olunan digər anlayışlar digər normativhüquqi və normativ xarakterli aktlarda müəyyənləşdirilmiş mənalarıifadə edir.

Hesabların məsafədən açılması

Məsafədən hesab açılan zaman nəzarət subyekti tərəfindənistifadə edilən informasiya texnologiyaları, o cümlədən informasiyasistemi, proqram təminatı “Fərdiməlumatlar haqqında” Qanun və digər hüquqi aktlarla müəyyənedilmiş tələblərə cavab verməlidir.

Fiziki şəxs olan müştərilərə münasibətdə qanuni nümayəndəqismində valideynlər, övladlığa götürənlər və ya qəyyumlar, hüquqişəxs olan müştərilərə münasibətdə qanuni təmsilçi istisna olmaqlamüştəriyə digər səlahiyyətli nümayəndə vasitəsilə məsafədən hesabaçılmasına yol verilmir.

Nəzarət subyekti məsafədən açılan hesablar ilə bağlı limitlərmüəyyən etdikdə, bu barədə müştəriyə məlumat verilməli və hesabaçılarkən həmin limitlərə riayət olunmalıdır.

Nəzarət subyekti xidmət göstərdiyi şəxsin yazılı müraciəti iləona məsafədən hesab açılmasını məhdudlaşdırmaq imkanı yaratmalıdır.Müvafiq məhdudiyyət yalnız həmin şəxsin nəzarət subyektində fizikiiştirakı ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradanqaldırıla bilər.

Müraciətin edilməsi

Məsafədən hesab açılması üçün müştəri tərəfindən nəzarətsubyektinə elektron qaydada müraciət edilir.

Aşağıdakı abzasda nəzərdə tutulan hallar istisna olmaqlamüştərinin müraciəti əsasında nəzarət subyekti tərəfindən hesabınaçılması üçün qanunvericiliklə tələb edilən məlumat və sənədlərnəzarət subyektinə təqdim olunmalıdır. Məlumat və sənədlər elektronformada təqdim edildikdə məlumatlar müştərinin, sənədlər onlarıtərtib etmiş şəxslərin gücləndirilmiş elektron imzası ilətəsdiqlənmiş formada, kağız daşıyıcıda təqdim edildikdə isə əsli vəya surəti qanunvericiliyə uyğun olaraq təsdiqlənmiş formadaolmalıdır.

Aşağıdakı hallarda müştəridən məlumat və sənədlərin nəzarətsubyektinə təqdim edilməsi tələb olunmur:

Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyektitərəfindən MUT Qaydalarına uyğun olaraq verifikasiya tədbirlərigörülür, nəzarət subyektinin daxili qaydalarına uyğun olaraq riskqiymətləndirilməsi həyata keçirilir. Risk qiymətləndirilməsinəticələrindən asılı olaraq prosesə xitam verilməsi halları nəzarətsubyektinin daxili qaydaları ilə müəyyən edilir.

Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyektitərəfindən müştərinin fəaliyyət qabiliyyəti, səlahiyyəti vəgücləndirilmiş elektron imzası qanunvericiliyə uyğun olaraqyoxlanılır.

Şəxsin eyniləşdirilməsi

Bu Qayda ilə müəyyən edilmiş şəxsin eyniləşdirilməsinə dairtələblərin tətbiqi üzrə biznes proseslərinin və nəzarətmexanizmlərinin formalaşdırılmasından öncə nəzarət subyektitərəfindən əməliyyat və komplayens risklərinin təhlili və onlarıneffektiv idarə edilməsi məqsədilə tədbirlər, o cümlədən müvafiqtəhlükəsizlik tədbirləri görülür.

Şəxsin eyniləşdirilməsindən əvvəl nəzarət subyekti tərəfindənmüştəri eyniləşdirilmənin keçirilməsi ilə bağlı qaydalarla vəmüəyyən edilmiş şərtlərlə tanış edilir, habelə hesabın açılmasıüçün qanuna uyğun olaraq tələb olunan fərdi məlumatların “Fərdiməlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunolaraq toplanılmasına və işlənilməsinə yazılı razılıq alınır.

Bu Qaydanın “Müraciətin edilməsi” hissəsinə uyğun olaraq,müvafiq prosedurlardan keçən şəxsə münasibətdə şəxsineyniləşdirilməsi prosesinə başlanılır.

Şəxsin eyniləşdirilməsi risk əsaslı yanaşma nəzərəalınmaqla, nəzarət subyekti tərəfindən təsdiq edilmiş daxiliqaydalar əsasında aşağıdakı üsullardan biri və ya bir neçəsinintətbiqi yolu ilə həyata keçirilir:

  • şəkil çəkilişi vasitəsilə eyniləşdirmə;
  • videoçəkiliş vasitəsilə eyniləşdirmə;
  • videozəng vasitəsilə eyniləşdirmə.

Nəzarət subyekti tərəfindən şəkil çəkilişi, videoçəkiliş vəya videozəng nəticəsində müvafiq görüntülər əldə edilməlidir.Görüntülər aşağıdakı tələblərə uyğun olmalıdır:

  • görüntü və səs keyfiyyəti azı sinxronizasiya olunmuş şəkildəbütün proses zamanı şəxsin eyniləşdirilməsinə və verifikasiyasınaimkan verməlidir;
  • görüntü rəngli olmalıdır;
  • görüntüdə şəxsin üz təsviri aydın görünməli, üz təsviri açıqolmalı və üzərinə kölgə düşməməli, üz təsvirini örtən hər hansıəşya, o cümlədən eynək və ya üzüörtən hər hansı bir vasitəolmamalıdır;
  • görüntüdə şəxsdən başqa üçüncü şəxslər iştirak etməməli, ocümlədən üçüncü şəxslərin köməyindən istifadə olunmamalıdır.

Videozəng real vaxtda və fasiləsiz olaraq həyata keçirilir.

Şəxsin eyniləşdirilməsi prosesində fiziki şəxsin canlılığınıaşkarlayan üsullar istifadə edilməlidir. Canlılığın yoxlanılmasıproqram təminatı vasitəsilə həyata keçirilməlidir. Şəxsin canlıinsan olduğundan əmin olmaq üçün ondan təsadüfi sıra ilə minimum 3hərəkətin edilməsi tələb olunur. Proqram təminatı vasitəsilə şəxsinreaksiyalarının verilmiş tapşırıqlara uyğunluğu, şəxsin üztəsvirinin canlı dinamikası, o cümlədən onun şüurlu idarə edəbilmədiyi təbii fizioloji reaksiyaları təhlil edilir.

Şəxsin eyniləşdirilməsi zamanı şəxsin üz təsviri onun dövlətinformasiya sistemindəki fotoşəkili ilə proqram təminatı vasitəsiləüzləşdirilir.

Nəzarət subyektində hesabı mövcud olan müştərilər tərəfindənhəmin nəzarət subyektində məsafədən yeni hesabın açılması zamanışəxsin eyniləşdirilməsinin həyata keçirilməsi tələb olunmur.Nəzarət subyekti bu qaydada hesabın açılmasını riskli hesab edərsə,yuxarıda nəzərdə tutulan üsullardan birini və ya bir neçəsinitətbiq edə bilər.

Şəxsin eyniləşdirilməsi zamanı nəzarət subyekti ilə müştəriarasındakı rabitənin bütövlüyü və məxfiliyi, o cümlədənməlumatların ötürülməsi kanallarının tam şifrələnməsi təminedilir.

Müqavilələrin bağlanması

Bu Qaydanın tələblərinə riayət olunduqda və məsafədən hesabaçılmasından imtina edilmədikdə müştəri ilə nəzarət subyektiarasında hesabın açılmasına dair müvafiq müqavilə bağlanılır.

Nəzarət subyekti tərəfindən müvafiq müqavilənin layihəsi aydınvə oxunaqlı formada davamlı daşıyıcıda (məlumatın onun məqsədlərinəuyğun müddət ərzində saxlanmasına imkan verən və saxlanılanməlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün olan istənilənvasitə) müştəriyə təqdim edilir.

Müştəri ona təqdim olunmuş müqavilə layihəsi ilə tanış olur vəşərtləri ilə razı olduqda müqaviləni və digər əlaqəli sənədlərigücləndirilmiş elektron imza ilə təsdiq edir.

Nəzarət subyekti həmin müqaviləni gücləndirilmiş elektron imzailə təsdiq edir və müştəriyə davamlı daşıyıcıda təqdim edir.Nəzarət subyekti müştərinin tələbi ilə məsafədən bağlanmışmüqavilənin surətini müştərinin seçdiyi formada (kağızda və yadigər davamlı daşıyıcıda) əlçatan etməlidir.

Aşağıdakı hallarda məsafədən hesab açılmasından imtinaedilir:

  • bu Qaydanın 1.3-cü bəndində göstərilən hüquqi aktlarda nəzərdətutulmuş hallar mövcud olduqda;
  • bu Qaydanın 4.5-ci bəndinə uyğun olaraq aparılan yoxlamanəticəsində məsafədən hesabın açılması mümkün olmadıqda;
  • bu Qaydanın 5-ci hissəsinin tələblərinə uyğun olaraq şəxsineyniləşdirilməsi mümkün olmadıqda.

Nəzarət subyekti tərəfindən hesabın məsafədən açılmasındanimtina edildikdə bu barədə müştəriyə onun təqdim etdiyi müvafiqəlaqə vasitələri ilə (SMS məlumatlandırma, elektron poçt ünvanı vəs.) bildiriş göndərilir və bildirişdə imtinanın səbəblərigöstərilir.

Yekun müddəalar

Məsafədən hesab açılması xidmətini göstərən nəzarət subyektininmüşahidə (direktorlar) şurası (belə orqan olmadıqda nəzarətsubyektinin icra orqanı) tərəfindən bu xidmətlərə dair daxiliqaydalar təsdiq edilir. Şəxsin eyniləşdirilməsi prosesininadekvatlığının yoxlanılması ildə bir dəfədən az olmayaraq nəzarətsubyektinin daxili qaydaları ilə müəyyən edilmiş dövriliklə həyatakeçirilir.

Təhlükəsizlik pozuntularının aşkarlanması və ya baş verməsi,aidiyyəti hüquqi aktlarda dəyişikliklərin edilməsi, nəzarətsubyektinin mümkün fırıldaqçılıq və ya digər hüquq pozuntusuhallarından xəbərdar olması və şəxsin eyniləşdirilməsi ilə bağlıçatışmazlıqların aşkarlanması hallarında texnoloji inkişaf vəprosesin tətbiqində qazanılan təcrübə də nəzərə alınmaqla məsafədənhesab açılması proseslərinə yenidən baxılır, zərurət olduqda daxiliqaydalarda müvafiq dəyişikliklər edilir.

Məsafədən hesab açılması zamanı əldə olunmuş bütün məlumat vəsənədlər, o cümlədən şəxsin eyniləşdirilməsi zamanı yaradılmışvideo və audio fayllar, şəkillər, loqlar qanunvericiliyə uyğunqaydada və müddətlərdə saxlanılır.

Chosen
23
20
az.trend.az

10Sources