EN

Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib - Yenilənib

İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib.

Cənazəni gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

Bu gün Akademik Milli Dram Teatrında mərhum sənətkarla vida mərasimi keçiriləcək.Daha sonra o, I Fəxri xiyabanda dəfn olunacaq.

***

Xalq artisti Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək.

Bu gün axşam saatlarında Xalq artistinin cənazəsinin Bakıya gətirilməsi nəzərdə tutulub.

Sabah isə mərhum sənətkarla Akademik Milli Dram Tetarında vida mərasimi keçiriləcək.

***

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Xalq artisti Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

Chosen
2
34
anews.az

10Sources