EN

Gəncədə avtomobillə moped toqquşub, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində minik maşını ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü 2008-ci il təvəllüdlü F.Huseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
45
8
apa.az

9Sources