Futbol üzrə Azərbaycan millisi bu gün "FIFA Series – 2026" beynəlxalq turnirində ikinci oyununa çıxacaq.
Komanda Syerra Leone yığması ilə qarşılaşacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi beynəlxalq turnirin ilk oyununda Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.