EN

“Rahat yat dostum, bəlkə də tezliklə görüşdük” - Afaq Bəşirqızından ÜRƏKLƏRİ sızladan AÇIQLAMA+ÖZƏL

“Rasim Balayevin ölümü incənətimiz üçün böyük itkidir. Ümumiyyətlə dost itirmək yad itirmək demək deyil. Bu doğma insanın itkisidir. Rasim heç ölməli oğlan deyildi. Yaxşı dost idi, yaxşı oğlan idi, yaxşı sənətkar və insan idi. Onun ölümü mənə o qədər qəribə gəldi ki.. Çox təəccüblüdür ki, dünən səhər bir jurnalist mənə onun ölüm xəbərini dedi. Dedim ki, inanmayın, bu heç vaxt ola bilməz. “Bu heç vaxt ola bilməz” sözünü o qədər özümdən əmin dedim ki.. Mən çox arxayın olmuşdum. Deyir ki, sən saydığını say, gör fələk nə sayır?! Nə bilim”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib.
O daha sonra sənətkarın filmlərdə çəkilmək arzusundan danışıb:
 
“Sənətkarın arzuları heç vaxt tükənmir.. Yaşından, vəziyyətindən asılı olmayaraq.. Bilirdim ki, Rasim Balayev xəstədir. Amma onun nə qədər ağır xəstə olduğunu dilə gətirmirdik. Amma bilirdik xəstədir. Heç o özü də sevmirdi xəstəliyindən danışmağı, kiminsə bunu bilməyini. O elə yaddaşlarda da, tarixdə də Nəsimi, Babək kimi qalacaq. Allah rəhmət etsin. Burdan bir Rasim keçdi.. Yeri cənnət olsun. Rahat yat, dostum. Darıxma, bəlkə də tezliklə görüşdük”, - deyə sənətkar bildirib.
Chosen
18
moderator.az

1Sources