EN

Yevlaxda ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat edib

Yevlaxda ot bağlamalarının üzərindən yıxılaraq xəsarət alan 72 yaşlı şəxs ölüb.
 

Pravda.az xəbər verir ki, hadisə martın 1-i rayonun Qoyunbinəsi kəndinin ərazisində baş verib.
 

Belə ki, Ağdam rayon sakini 1954-cü il təvəllüdlü Zeynal Abbas oğlu Tağıyev ot bağlamalarının üzərindən yıxılması nəticəsində boyun nahiyəsindən xəsarət alıb. Xəstəxanaya gətirilən şəxs martın 28-i orada ölüb.


Faktla bağlı araşdırma aparılır.

Tarix: 30 Mart 2026, 11:17   
Chosen
11
6
pravda.az

10Sources