EN

Sumqayıtda mebel sexi yandı - VİDEO

FövqÉ™ladÉ™ Hallar Nazirliyinin “112” qaynar xÉ™ttinÉ™ Sumqayıt ÅŸÉ™hÉ™ri, Y.MÉ™mmÉ™dov küçəsindÉ™ yerləşən mebel sexindÉ™ yanğın baÅŸ vermÉ™si barÉ™dÉ™ mÉ™lumat daxil olub.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində ümumi sahəsi 750kv.m olan mebel sexinin yanar konstruksiyaları 70kv.m sahədə yanıb. Sexin böyük hissəsi, içərisində olan mebel və taxta materiallar yanğından mühafizə olunub.

 

Chosen
16
26
moderator.az

10Sources