EN

Region Liqasında 7 min tamaşaçı! – Lənkəran yenə ölkəni silkələdi

Region Liqasında 1/8 final mərhələsi arxada qalıb. Bu mərhələnin ilk oyununda səfərdə “Bərdə”yə 0:1 uduzan “Lənkəran” cavab görüşündə həmin məğlubiyyətin əvəzini çıxıb – 2:0. Maraqlıdı ki, stadionda 7 minə yaxın azarkeş olub - premyer-liqa oyunlarında belə nadir hallarda gördüyümüz izdiham yaşanıb. Deməli, cənubun əsas şəhərində futbol hələ də çox sevilir. Ölkə çempionatının üç əsas liqasında təmsilçisi olmasa belə... Olacaqmı? Bu da maraqlı sualdı...
ORXAN

Chosen
36
1
football-plus.az

2Sources