ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Yevlaxda ot bağlamalarının üzərindən yıxılaraq xəsarət alan 72 yaşlı şəxs ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə martın 1-i rayonun Qoyunbinəsi kəndinin ərazisində baş verib.
Belə ki, Ağdam rayon sakini 1954-cü il təvəllüdlü Zeynal Abbas oğlu Tağıyev ot bağlamalarının üzərindən yıxılması nəticəsində boyun nahiyəsindən xəsarət alıb. Xəstəxanaya gətirilən şəxs martın 28-i orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.