EN

Gürcüstanda həbsdə olan azərbaycanlıların sayı açıqlandı

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 161 nəfər təşkil edir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin fevral ayı üzrə hesabatında bildirilib.

Azərbaycan vətəndaşlarının 49-u kişi, 4-ü qadın olmaqla 53-ü təqsirləndirilən şəxs, 94-ü kişi, 14-ü qadın olmaqla isə 108-i məhkumdur.

Qonşu ölkədə 77 nəfər Azərbaycan vətəndaşı probasiya nəzarətində saxlanılır.

Gürcüstanda 63 ölkənin ümumilikdə 1 659 vətəndaşı həbs cəzası çəkir. Türkiyə (539 nəfər) və Rusiya (189 nəfər) vətəndaşları onların arasında ilk yerlərdədir. Probasiya nəzarətində isə 47 ölkənin 670 vətəndaşı saxlanılır.

"Cebheinfo.az"

Chosen
13
3
cebheinfo.az

4Sources