EN

Elvin Məmmədov: "Litva və Lixtenşteyni məğlub edəcək gücdəyik"

Azərbaycan milli komandasının keçmiş yarımmüdafiəçisi Elvin Məmmədov Sportal.az saytına açıqlama verib. O, yığma komandamızın FİFA seriyası beynəlxalq turnirində Sent Lüsiyaya(6:1) qalib gəlməsini və millimizin hazırkı durumuna münasibət bildirib: "Milli komandamıza Syerre-Leona ilə görüşdə də uğurlar arzulayıram. Bu sınaq oyunları Ayxan Abbasov üçün vacibdir. Hər kəsi yoxlayacaq və gələcəkdə optimal heyəti qurmaq üçün də yaxşıdır. Ümidvaram ki, hər şey millimiz üçün uğurlu və yaxşı alınacaq. Əsas odur ki, ilin ilk görüşündə qələbə qazandıq. Hər oyun Ayxan müəllim üçün vacibdir. Amma bu matçlarda alınacaq məğlubiyyət neqativlik yaratmamalıdır. Hər halda, yoldaşlıq görüşləri optimal heyəti müəyyənləşdirmək üçündür".

Məmmədov, Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibləri olan Litva və Lixtenşteyn haqda da danışıb: "Təbii ki, bizim üçün ən vacib oyunlar qrupdakı matçlardır. Biz qrupu lider kimi başa vurmalıyıq. Amma dediyim kimi, bizim üçün zəif rəqib yoxdur. Ancaq fikrimcə, bu rəqibləri məğlub etməyə gücümüz çatacaq. Təbii ki, yaxşı komandamız var. Allah qoysa, bu qrupu lider kimi tamamlayarıq. Millimiz hamımızın komandasıdır. Biz onlara dəstək olmalıyıq. İnanıram ki, Millətlər Liqasının matçlarında da hər şey uğurlu alınacaq və yaxşı nəticələr qazanacağıq".

Mirbağırağa

saytlarin hazirlanmasi

Chosen
28
2
sportal.az

3Sources