EN

İranda Hörmüz boğazından ödənişli keçid üçün qanun hazırlanıb

Hörmüz boğazından kommersiya gəmilərinin keçidi ödənişli olacaq, bu qayda yeni İran qanunu ilə müəyyən edilib. Oxuməni.az “Kommersant”a istinadla xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Əlaəddin Burucərdi bildirib.

"Su yolundan gəmilərin keçidi üçün təhlükəsizliyin təmin edilməsi və xidmətlərin göstərilməsi ödənişli əsasda həyata keçiriləcək", - deyə Burucərdi bildirib (onun bəyanatlarını İranın dövlət televiziya və radio şirkəti yayımlayıb). Yeni qaydaların nə vaxt qüvvəyə minəcəyi dəqiqləşdirilməyib.

Fevralın 28-də ABŞ-İsrail kampaniyası başlayandan sonra İran faktiki olaraq Hörmüz boğazını gəmiçilik üçün bağlayıb. Kommersiya gəmiləri dəfələrlə pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalıb. Dost ölkələrin və neytral mövqe tutan dövlətlərin gəmilərinə maneəsiz keçid təmin edilib. “Reuters”-in məlumatına görə, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir Hörmüz boğazından neft axınlarının idarə olunması üçün konsorsium yarada bilər.

Almaz Həsənli

Chosen
24
oxumeni.az

1Sources