GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Fövqəladə bir hadisə baş verməsə, brent markalı neftin 150 dollara qalxması ehtimalı azdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkov deyib.
“Belə bir ssenari yalnız İranda böyük bir eskalasiya – məsələn, əsas neft infrastrukturuna zərbə endirilməsi halında mümkündür. Belə bir şok olmadan bir barel üçün 150 dollara qalxmaq qeyri-real görünür. 200 dollara keçid isə ümumiyyətlə, ehtimal edilmir.
Neft qiymətləri artdıqca, ona tələbat azalacaq, yəni qiymətlər bu səviyyələrə çatmazdan əvvəl bazar tarazlaşmağa başlayacaq. Bu arada, Hörmüz boğazı ətrafındakı vəziyyət əsas amil olaraq qalır. Boğaz nə qədər bağlı qalsa, ölkələr bir o qədər fəal şəkildə strateji ehtiyatlarından istifadə etməyə başlayacaqlar.
Bu proses uzanarsa, bazar yalnız xəbərlərə qarşı emosional reaksiya ilə deyil, həm də xammalın real fiziki çatışmazlığı ilə üzləşə bilər. Lakin, hələlik, həyəcan verici hadisələr fonunda qısamüddətli qiymət artımı müşahidə etmək ehtimalımız daha yüksəkdir”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.