EN

Türkiyə PA ölkənin müharibəyə qoşulması iddialarına cavab verib

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Türkiyənin İranın lehinə müharibəyə qoşulması iddialarına cavab verilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, açıqlamada yayılan xəbərlərin dezinformasiya olduğu bildirilib.

Dezinformasiya xarakterli paylaşımların eyni zamanda psixoloji müharibənin bir hissəsi olduğu və Türkiyənin imicinə zərər vurmağı, eləcə də böhrandakı konstruktiv rolunu kölgədə qoymağı hədəflədiyi vurğulanıb.

“Türkiyənin İranın lehinə müharibəyə qoşulacağı və ya Livana daxil olacağı” ilə bağlı iddialar dezinformasiya xarakterlidir. Bu cür dezinformasiya xarakterli paylaşımlar eyni zamanda psixoloji müharibənin bir hissəsidir və Türkiyənin imicinə zərər vurmağı, eləcə də böhrandakı konstruktiv rolunu kölgədə qoymağı hədəfləyir”-deyə qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
6
apa.az

7Sources