Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti İtaliya seçməsinin DÇ-2026-ya vəsiqə qazanmaq şansını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Mozzart Sport" belə çatdırıb:
"Qattuzoya uğurlar arzulayıram və ümid edirəm ki, dünya çempionatında görüşəcəyik. Onların mundialda olacağına 100 ya da deyək ki, 95 faiz əminəm. Qalanı taleyin işidir.
İtaliyanın DÇ-də asan qrupda yer alacağı şübhə doğurmur. O qrupda yegənə güclü rəqib İsveçrədir".
Martın 31-də mundialın pley-off mərhələsinin final qarşılaşması baş tutacaq. İtaliya millisi Bonsiya və Herseqovina yığması ilə üz-üzə gələcək.
Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq DÇ 11 iyun - 19 iyul aralığında, ABŞ, Kanada və Meksikada keçiriləcək.
Toğrul