Modern.az saytına istinadən ain.az xəbər verir.
İstanbulun qərbində polis avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 30 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i İstanbul vilayəti merinin ofisinə istinadən məlumat yayıb.
"Polisləri daşıyan avtobus Başakşehir rayonunda Şimali Marmara magistral yolunda maneəyə çırpılıb. Qəza nəticəsində 30 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır", - məlumatda deyilir.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.