EN

Rasim, yolunu gözləyirdim, amma bu cür yox Video

Axsham.az saytına istinadən ain.az xəbər verir.

"Danışmaq çətindir. Dünənki xəbər mənə çox pis təsir etdi. Doğrudan da Azərbaycan kinosuna dəhşətli bir itki baş verdi. Əsl Azərbaycan kinosunun siması olan Rasimi itirdik".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Şəfiqə Məmmədova Xalq artisti Rasim Balayevlə vida mərasimində deyib. O, mərhum həmkarı haqda danışarkən kövrəlib:

"Bu anda Rasimin barəsində keçmişdə danışmağa dilim gəlmir. Nə qədər qəribə də olsa ona müraciət edəcəyəm. Rasim, biz sənin yolunu çox gözlədik. Sənin üçün çox darıxmışıq. Dedik ki, gələr... Planlarımız, deyiləsi sözüm çox idi. Demədim ki, belə qayıt. Rasim, sən çox şərəfli bir ömür yaşadın. Düz yaşadın. Azərbyacan  kinosunun tarixinə o qədər töhvələr verdin ki... Adın tariximizə gözəl hərflərlə yazıldı. Dostluqda çox sadiq, vəfalı idi. Dostları ilə qürur duyurdu. Əsl Xalq artisti idin. Azərbaycan xalqı və gələcək nəsl səni unutmayacaq. Səni yaratdığın obrazlar yaşadacaq. Əlvida, Rasim".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
1
axsam.az

2Sources