EN

Xəstəxanaya yerləşdirilən Luçeskunun son vəziyyəti nə yerdədir? - Özü açıqladı

Rumıniya millisinin dünən ürəyində yaranan problem səbəbindən Buxarest Universiteti Xəstəxanasına yerləşdirilən baş məşqçisi Mirça Luçesku səhhəti ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, 80 yaşlı mütəxəssisin sözlərini "Gazeta Sporturilor" belə çatdırıb:

"İndi özümü yaxşı hiss edirəm. Tam şəkildə bərpa olunmuşam. Amma müxtəlif müayinələrdən keçməli olduğum üçün bir müddət xəstəxanada qalmalıyam".

Xatırladaq ki, martın 26-da DÇ-2026-nın pley-off mərhələsinin yarımfinalında Türkiyəyə uduzan (0:1) Rumıniya seçməsi mundial uğrunda mübarizəni dayandırıb. Sözügedən kollektiv sabah Bratislavada Slovakiya yığması ilə yoldaşlıq görüşünə çıxmalıdır.

Toğrul

Chosen
15
2
fanat.az

3Sources