EN

Rasim, səni belə gözləmirdim... - Şəfiqə Məmmədova

“Danışmaq çox çətindir. Bu xəbər məni sarsıtdı. Azərbaycan kinosu böyük bir dayağını itirdi. Rasim Balayev təkcə istedadlı aktyor deyil, həm də nadir insan idi. Bizim aramızda səmimi dostluq var idi, hər zaman bir-birimizə dayaq olurduq. Onun xəstəliyindən xəbərdar idim, tez-tez danışır, hal-əhval tuturduq”.

"Unikal" xəbər verir ki, bu sözləri Xalq artisti Şəfiqə Məmmədova Xalq artisti Rasim Balayevlə vida mərasimində deyib. 

Ş. Məmmədova çıxışında dost itkisini kövrək sözlərlə ifadə edib:

“Rasim, mən sənin yolunu gözləyirdim, amma bu cür yox… Hələ görəcəyimiz çox işlər, həyata keçirəcəyimiz planlar var idi. Təəssüf ki, qismət olmadı. Azərbaycan böyük bir sənətkarını itirdi, mən isə çox doğma bir dostumu... Allah rəhmət eləsin.”

Qeyd edək ki, vida mərasimində dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də mərhum aktyorun yaxınları iştirak ediblər.

Chosen
59
15
unikal.az

10Sources