Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Sabah" ilə oyunun biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.
Biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" matçı aprelin 3-ü saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
“Qarabağ”dan xanım azarkeşlərə jest
II Liqa: “Qaradağ Lökbatan”dan darmadağın
Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat alıb
Rafinya yenidən sıradan çıxdı
Millimiz məğlub oldu