EN

Rasim Balayevin gedişi ilə bir əsr bağlandı

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Nə qədər çətindir. Ətrafımızdakı insanlar seyrəlir. Yaşa dolduqca görürsən ki, seyrəkləşiblər. Səhər oyanıb görürsən ki, kimsə getdi. Qardaşım Rasim də getdi. Həftədə ən az iki-üç dəfə zəngləşirdik. Vaqif İbrahimoğlu, Şahmar Ələkbərov, Səməndər Rzayev, Hamlet Xanızadə yoxdur. Saymaqla bitmir".

Axşam.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rasim Balayevlə vida mərasimində Xalq artisti Fəxrəddin Manafov media nümayəndələrinə açıqlamasında deyib.

Aktyor həmkarından danışaraq "Bizim mədəniyyətin sütunları bir-bir gedir. Tanrının öz qanunları var. O qanunları biz yalnız yerinə yetiririk. Gəlimli, gedimli dünyadır. Rasim bizim qəlbimizdə, ruhumuzda, mədəniyyətimizin qızıl səhifələrində qalacaq. Rasim təmiz insan idi. Əsl insan idi. Qəlbi böyük, açıq, düşüncəsi pak biri idi. Rasim Balayevin gedişi ilə bir era, əsr bağlandı" sözlərini deyib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
axsam.az

1Sources