EN

Koxalski gedir, plan dəyişir: “Qarabağ” Şahruddinə yeni müqavilə təklif etdi

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Qarabağ"ın qapıçı Şahruddin Məhəmmədəliyevlə bağlı planında dəyişiklik baş verib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "köhlən atlar" Azərbaycan millisinin üzvünə yeni müqavilə təklif edib.Bu qərarın əsas səbəbi polşalı qolkiper Mateuş Koxalskinin komandadan ayrılma ehtimalının yüksək olmasıdır. Eyni zamanda, xorvat qapıçı Fabiyan Buntiçlə də yolların ayrılması gündəmdədir. Bu halda, Şahruddin hətta növbəti mövsümdə komandanın əsas qapıçısına çevrilə bilər.Zədəsini yeni sağaldan Şahruddin Məhəmmədəliyev hazırda Azərbaycan millisinin düşərgəsindədir.Qeyd edək ki, qapıçı noyabr ayında Fransa millisi ilə oyunda zədələnmişdi. Onun "Qarabağ"la mövcud müqaviləsi mövsümün sonunda başa çatır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
sport24.az

1Sources